“Barselona”nın müdafiəçisi üçün 100 milyon avro təklif etməyi planlaşdırırlar

“Bayern” “Barselona”nın müdafiəçisi Ronald Arauxo ilə maraqlanır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Almaniya klubunun müdafiəçini almaq üçün bəzi futbolçularını satmalı olacağı bildirilir. Münhen klubu uruqvaylı futbolçunun transferi üçün 100 milyon avro təklif etməyi planlaşdırır.

25 yaşlı müdafiəçi bu mövsüm 31 oyun keçirib və 1 qol vurub. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

“Bayern” Bundesliqanın 25 turundan sonra 57 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button