
Alman azarkeşlər “Real”ın futbolçularının rahatlığını pozmağa çalışdılar
“Bayern”in azarkeşləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçiriləcək cavab oyunu öncəsi rəqibi rahatsız edən addım atıblar.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Münhen klubunun tərəfdarları madridlilərin hansı oteldə qaldığını öyrənərək gecə saatlarında həmin əraziyə toplaşıblar. Onlar futbolçuların rahat istirahət etməsinə mane olmaq üçün otel yaxınlığında atəşfəşanlıq ediblər.
Münhendə keçiriləcək qarşılaşma bu gün saat 23:00-da start götürəcək.
Vensan Kompaninin rəhbərlik etdiyi “Bayern” ilk oyunda Madriddə 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibini yarımfinalda PSJ gözləyir. Paris təmsilçisi əvvəlki mərhələdə “Liverpul”u (2:0; 2:0) mübarizədən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



