“Bayern” 16 yaşlı futbolçunun transferini tamamlamağa yaxındır

“Bayern” İsveçin 1-ci liqasında mübarizə aparan AİK (Stokholm) klubunun hücumçusu Yun Kusi-Asareni heyətinə qatmağa hazırlaşır.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisinin tezliklə 16 yaşlı forvardla müqavilə imzalayacağı gözlənilir. 

Bu transferə görə “Bayern”in qarşı tərəfə nə qədər ödəyəcəyi isə hələlik məlum deyil.

Kusi-Asare AİK-in yetirməsidir. O, U-19-dan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin sentyabrına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button