“Bayer”lə “Borussiya”dan heç-heçə

Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 görüş baş tutub.

“Maynts” evdə “Frayburq”a uduzub, “Auqsburq” isə “Ayntraxt”a qalib gəlib. Lider “Bayer” də Leverkuzendə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Hazırda 35 xala malik “Bayer” vahid liderdir. “Bayern” 32 xalla ikinci, “Ştutqart” 30 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 26, Dortmund “Borussiya”sının 25 xalı var.

Almaniya Bundesliqası
13-cü tur

1 dekabr

Darmştadt – Köln 0:1
Qol: Selke, 60.

2 dekabr

Bayern – Union Berlin matçı təxirə salınıb

Borussiya (Mönxenqladbax) – Hoffenhaym 2:1
Qollar: Plea, 58-pen. Nqumu, 80 – Veqorst, 60.

Boxum – Volfsburq 3:1
Qollar: Osterhaq, 19. Bernardo, 39. Adjey, 87 – Svanberq, 45+1.

Leypsiq – Haydenhaym 2:1
Qollar
: Openda, 29. Poulsen, 44 – Gimber, 45+2.

Ştutqart – Verder 2:0
Qollar
: Undav, 17. Girassi, 75.

3 dekabr

Maynts – Frayburq 0:1
Qol
: Qreqoriç, 70.

Bayer – Borussiya (Dortmund) 1:1
Qollar
: Bonifase, 79 – Ryerson, 5.

Auqsburq – Ayntraxt 2:1
Qollar: Yensen, 35. Yaqo, 58 – Damen, 78-öz qapısına.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button