“Bayer”də ciddi itki

“Bayer”in (Leverkuzen) hücumçusu Viktor Bonifase zədələnib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard Nigeriya millisinin heyətində sıradan çıxıb.

Bildirilir ki, futbolçu aprelin əvvəlinə kimi yaşıl meydanlardan kənarda qalacaq. Hücumçu yaxın vaxtlarda əməliyyat olunacaq.

Bonifase bu mövsüm “Bayer”də 23 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button