“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Darmştadt” evdə “Hoffenhaym”a böyük hesabla uduzub. Çempion “Bayer” bu dəfə səfərdə “Boxum”u 5 cavabsız qolla yenib. “Bayern” isə “Volfsburq”la ev oyununda inamlı qələbəyə sevinib.

Hazırda 87 xalı olan “Bayer” vahid liderdir. “Bayern” 72 xalla 2-ci, “Ştutqart” 70 xalla 3-cü pillədə qərarlaşıb. “Leypsiq” 64, Dortmund “Borussiya”sı 60 xal toplayıb.

Almaniya Bundesliqası
33-cü tur

10 may

Auqsburq – Ştutqart 0:1
Qol
: Girassi, 48.

11 may

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:1
Qollar
: Hak, 9 – Ebimbe, 35.

Köln – Union Berlin 3:2
Qollar
: Kaynts, 45-pen. Tigges, 87. Dauns, 90+3 – Knoxe, 15. Folland, 19-pen.

Frayburq – Haydenhaym 1:1
Qollar
: Doan, 29 – Sessa, 38.

Leypsiq – Verder 1:1
Qollar
: Şeşko, 61 – Seyvald, 36-öz qapısına.

Maynts – Borussiya (Dortmund) 3:0
Qollar
: Barreyro, 12. Son, 19; 23.

12 may

Darmştadt – Hoffenhaym 0:6
Qollar
: Bebu, 2; 51. Beyer, 6; 44. Kaderabek, 22. O.Kabak, 26.

Bayern – Volfsburq 2:0
Qollar
: Zvonarek, 4. Qoretska, 13.

Boxum – Bayer 0:5
Qollar
: Şik, 41. Bonifase, 45+2. Adli, 76. Stanişiç, 86. Qrimaldo, 90+3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button