“Bayer” səfərdə xal itirdi

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Köln” – “Maynts” matçı qolsuz bitib. Lider “Bayer” isə “Ştutqart”la matçda xal itirib.

Hazırda 36 xala malik “Bayer” vahid liderdir. İkinci pillədəki “Bayern”in 32, üçüncü olan “Ştutqart”ın 31 xalı var. “Leypsiq” 29, Dortmund “Borussiya”sı 25, “Hoffenhaym” 23, “Ayntraxt” və “Auqsburq” 21 xal toplayıblar.

Almaniya Bundesliqası
14-cü tur

8 dekabr

Hoffenhaym – Boxum 3:1
Qollar: Masoviç, 32-öz qapısına. Kramariç, 43. Bebu, 76 – Pasiensya, 90.

9 dekabr

Ayntraxt – Bayern 5:1
Qollar: Marmuş, 12. Ebimbe, 31; 50. Larsson, 36. Knauff, 60 – Kimmix, 44.

Haydenhaym – Darmştadt 3:2
Qollar: Şoppner, 42. Mainka, 69; 71 – Şkarke, 52. Maloney, 60-öz qapısına.

Verder – Auqsburq 2:0
Qollar: Ştark, 39. Duksç, 65.

Union Berlin – Borussiya (Mönxenqladbax) 3:1
Qollar: Volland, 24-pen. Hollerbax, 50. Kaufmann, 75 – Plea, 77.

Volfsburq – Frayburq 0:1
Qol: Qreqoriç, 74.

Borussiya (Dortmund) – Leypsiq 2:3
Qollar: Sule, 45+6. Fullkruq, 90+3 – Bensebaini, 32-öz qapısına. Baumqartner, 54. Poulsen, 90+1.

10 dekabr

Ştutqart – Bayer 1:1
Qollar: Fuhriç, 40 – Virts, 47.

Köln – Maynts 0:0

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button