
“Bayer” argentinalı futbolçunun transferində israrlıdır
“Aston Villa”nın yarımmüdafiəçisi Emiliano Buendia tezliklə “Bayer”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen klubu argentinalı futbolçunun icarəsi ilə bağlı danışıqları başa çatdırmaqda nikbindir.
28 yaşlı oyunçunun daha bir neçə variantı var, ancaq “Bayer” transferdə israrlı olmaqda digərlərindən daha fəaldır.
Buendia bu mövsüm bütün yarışlarda 20 oyuna çıxıb və 3 qol vurub. Onun “Aston Villa” ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin