“Bavariya”da xoşbəxtdir – fransalı futbolçu

“Bavariya”nın futbolçusu Kinqsli Koman Münhen klubunda xoşbəxtdir.

Komanda.az xəbər verir ki, fransalı yarımmüdafiəçi daha uzun müddət Almaniya təmsilçisində çıxış etmək istəyir. Bu barədə “Telefoot” nəşri məlumat yayıb. Xəbərdə, Komanın “Bavariya” ilə yeni müqavilə imzalamaq niyyətində olduğu bildirilib.

24 yaşlı futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Koman bu mövsüm Bundesliqada 16 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button