“Bavariya”nın futbolçusu 6 həftəlik sıradan çıxdı

Almaniyanın “Bavariya” klubu aparıcı futbolçularından biri Xavi Martinesin xidmətindən məhrum olub.

Komanda.az xəbər verir ki, o, Bundesliqanın 17-ci turu çərçivəsində keçirilmiş “Volfsburq”la oyunda (2:0) sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bu isə o deməkdi ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində iştirak edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button