“Bavariya”nın baş məşqçisindən “Mançester Siti”nin futbolçusuna zəng

“Bavariya”nın baş məşqçisi Hansi Flik “Mançester Siti”nin futbolçusu Leroy Saneylə danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 23 yaşlı yarımmüdafiəçiylə telefonda danışıb. Flik, Sanenin “Bavariya”ya gəlməsi yönündə müsbət irəliləyiş əldə edib.

“Bavariya” Sane üçün “Mançester Siti”yə 30-50 milyon avro ödəməyə hazırdır. Ancaq “şəhərlilər” bu məbləğlə razılaşmır və daha çox tələb edir.

“Mançester Siti” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Sane, zədə səbəbindən bu mövsüm Premyer Liqada heç bir oyunda iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button