Riberinin karyerasına yazılan “100”

“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Liverpul”la qolsuz bərabərə qalıb – 0:0.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, bu qarşılaşma Münhen təmsilçisinin futbolçusu Frank Riberi üçün əlamətdar olub. Belə ki, fransız futbolçu “Bavariya” formasıyla avrokuboklarda 100-cü oyununu keçirib.

Riberi “Liverpul” – “Bavariya” matçının 80-ci dəqiqəsində, Kinqsli Komanın əvəzinə meydana daxil olub.

“Bavariya” ilə “Liverpul” arasındakı cavab matçı martın 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button