“Borussiya”dan heç-heçə, “Hoffenhaym”dan darmadağın

Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Maynts” doğma azarkeşləri qarşısında “Frayburq”u qəbul edib. Meydan sahibləri bu görüşdə beş cavabsız qolla qalib gəliblər.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Bayer” evdə “Leyptsiq”ə, “Herta” “Fortuna”ya, “Şalke” “Ayntraxt”a məğlub olub. “Ştutqart” – “Nürnberq” matçında qalib müəyyənləşməyib. “Volfsburq” isə “Hannover” üzərində qələbəyə sevinib.

Turun mərkəzi görüşündə lider “Borussiya” (Dortmund) səfərdə “Bavariya” ilə qarşılaşıb. Sözügedən qarşılaşmada Dortmund təmsilçisi məğlub olmayacağı təqdirdə, çempionluq yolunda böyük addım atmış olacaqdı. “Bavariya” isə çempionluq üçün yalnız qələbə qazanmalı idi. Münhen klubu bu görüşdə 5 cavabsız qola imza atmaqla hər kəsi təəccübləndirməyi bacarıb. Nəticədə, “Bavariya” həm də vahid liderliyi ələ keçirib.

Son oyun günündə iki görüş baş tutub. Səfərdə “Auqsburq”la qarşılaşan “Hoffenhaym” 4 cavabsız qolla qalib gəlib. Münhenqladbax “Borussiya”sı isə “Verder”lə ev oyunundan heç-heçə ilə ayrılıb.

Almaniya Bundesliqası, 28-ci tur

5 aprel

Maynts – Frayburq 5:0
Qol
: Botyus, 20. Mateta, 25; 33; 77. Onisivo, 73.

6 aprel

Bayer – Leyptsiq 2:4
Qol
: Haverts, 11-pen; 23 – Sabitzer, 17. Verner, 64. Forsberq, 71-pen. Kunya, 83.

Herta – Fortuna 1:2
Qol
: Qruyiç, 41 – Raman, 35; 61.

Şalke – Ayntraxt 1:2
Qol
: S.Serdar, 21 – A.Rebiç, 13. Yoviç, 90-pen.

Ştutqart – Nürnberq 1:1
Qol
: O.Kabak, 75 – M.Pereyra, 42.

Volfsburq – Hannover 3:1
Qol
: Renato, 31; 71. Roussillon, 78 – Verdandt, 30.

Bavariya – Borussiya D 5:0
Qol
: Hummels, 10. Levandovski, 17; 89. X.Martines, 41. Qnabri, 43.

7 aprel

Auqsburq – Hoffenhaym 0:4
Qol
: Kramariç, 6. Belfodil, 61; 74; 82.

Borussiya M – Verder 1:1
Qol
: Noyhaus, 49 – Klaassen, 79.

Bombardir: Robert Levandovski (Bavariya) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button