“Ayntraxt”dan darmadağın

Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son turda öz meydanında “Fortuna”ya darmadağın olan “Şalke” (0:4), “Verder” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. Lider Dortmund “Borussiya”sı “Ştutqart”ı qəbul edib. Dortmundlular bu görüşdə inamlı qələbəyə seviniblər. “Borussiya” ilə eyni xala malik “Bavariya” isə “Volfsburq”la ev oyununda 6 cavabsız qol vurub.

“Frayburq” “Herta” ilə qarşılaşmada çətin qələbə qazanıb. “Leyptsiq” – “Auqsburq” matçında qalib müəyyənləşməyib. Səfərdə “Maynts”la qarşılaşan Münhenqladbax “Borussiya”sı isə 3 xalı tək qolla əldə edib.

Bazar günü “Hoffenhaym” doğma meydanda “Nürnberq”i məğlub edib. “Hannover” isə evdə “Bayer”ə uduzub.

25-ci tura “Fortuna” – “Ayntraxt” matçıyla yekun vurulub. Frankfurt təmsilçisi səfərdə darmadağına sevinib.

Almaniya Bundesliqası, 25-ci tur

8 mart

Verder – Şalke 4:2
Qol: Raşiça, 31; 73. Kruse, 51. Harnik, 90 – Embolo, 26; 85.

9 mart

Borussiya D – Ştutqart 3:1
Qol: Roys, 62-pen. Alkaser, 84. Pulişiç, 90 – Kempf, 71.

Bavariya – Volfsburq 6:0
Qol: Qnabri, 34. Levandovski, 37; 85. X.Rodriqes, 52. Müller, 76. Kimmix, 82.

Frayburq – Herta 2:1
Qol: Petersen, 27. İbişeviç, 80-öz qapısına – İbişeviç, 76.

Leyptsiq – Auqsburq 0:0

Maynts – Borussiya M 0:1
Qol: Elvedi, 63.

10 mart

Hoffenhaym – Nürnberq 2:1
Qol: Kramariç, 25-pen; 78 – Behrens, 61.

Hannover – Bayer 2:3
Qol: Jonatas, 51. Veyser, 73 – Volland, 13; 28. Haverts, 87.

11 mart

Fortuna – Ayntraxt 0:3
Qol: Pasiensia, 48. Haller, 90+1; 90+3.

Bombardir: Robert Levandovski (Bavariya) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button