“Bavariya” ilkə imza atdı

“Bavariya” UEFA superkuboku matçında “Sevilya”ya 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu, Münhen klubunun bütün turnirlərdə ardıcıl 23-cü qələbəsi olub. Bu göstəricidə almanlar yeni rekorda imza atıblar. Belə ki, “Bavariya” “böyük beşlik” çempionatları arasında bu göstəriciyə çatan ilk komanda olub.

“Bavariya” sonuncu dəfə fevral ayında – Bundesliqada keçirilən “Leyptsiq”lə oyunda xal itirib – 0:0.