“Bavariya” – “Sevilya” matçına nə qədər bilet satılıb? – UEFA açıqladı

UEFA superkubokunda Almaniya “Bavariya”sı ilə İspaniya “Sevilya”sı arasında bu gün keçiriləcək matçı stadiondan izləyəcək azarkeşlərin sayı məlum olub.

Komanda.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki 60 min tamaşaçı tutumuna malik “Ferents Puşkaş” stadionunda oynanılacaq qarşılaşma üçün 15 500 bilet satılıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qitə futbol qurumu oyun zamanı azarkeşlərin riayət etməli olduqları təhlükəsizlik qaydalarını da açıqlayıb. Fanatlar 1,5 metrlik sosial məsafəni qorumalı, stadiona daxil olduqdan sonra bunu etmək mümkün olmadıqda qoruyucu maskadan istifadə etməlidirlər. Həmçinin turniketlərdə, liftlərdə, pilləkənlərdə və sanitar qovşaqlarda xüsusi işarələnmiş xətlərdə dayanmaq, məhdud sahələr üçün maksimum doluluq nisbətinə uyğun davranmaq lazımdır.

Qeyd edək ki, “Bavariya” – “Sevilya” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button