“Bavariya” Robbenin əvəzləyicisini Fransada tapdı

Almaniyanın “Bavariya” klubu cari mövsümün sonunda komandadan ayrılacaq Aryen Robbenin əvəzləyicisini Fransada tapıb.

Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, “Lill”in heyətində bu mövsüm göstərdiyi “performans”la diqqətləri üzərinə çəkən Nikolas Pepe Münhen klubunun transfer hədəfindədir. Pepe, Robben kimi sağ cinahda oynaması və sol ayaqla məhsuldar olması ilə almanların diqqətini çəkib.

“Lill”in fil dişi sahilili futbolçu üçün 60 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcəyi bildirilir.

Fransa klubu ilə 2022-ci ilədək müqaviləsi olan 23 yaşlı futbolçu, bu mövsüm keçirdiyi 28 oyunda 17 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button