“Bavariya” rahat qələbə qazanmadı” – Qarsiya

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya”ya 0:3 hesabı ilə məğlub olan “Lion”un baş məşqçisi Rudi Qarsiya açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, oyunda şanssızlıq yaşadıqlarını bildirib:

“İlk hissədə topu daha çox özümüzdə saxlamalı idik. İkinci hissədə daha yaxşı iş gördük. Qol da vura bilərdik, amma rəqib qapıçı yaxşı oynadı. Komandamın oyunundan və indiyədək bacardıqlarından qürur duya bilərəm, amma bəli, məyusluq yaşayırıq. İstədiyimiz uğura çata bilmədik, finala vəsiqə qazanacağımıza inanırdıq. Oyunda şanslı tərəf biz deyildik.

Hesab oyunu əks etdirmir. “Bavariya” rahat qələbə qazanmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button