“Verder” autsayderə məğlub oldu

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında Frankfurt “Ayntraxt”ı “Herta”nı sınağa çəkib. Dörd qolun qeydə alındığı qarşılaşma heç-heçə yekunlaşıb.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. Lider Münhenqladbax “Borussiya”sı doğma azarkeşləri qarşısında “Bavariya”nı qəbul edib. Münhen klubu səfər matçından məğlub ayrılıb.

Dortmund “Borussiya”sı isə bu turda “Fortuna”nı darmadağın edib. “Bayer” “Şalke”ni, “Auqsburq” “Maynts”ı, “Frayburq” “Volfsburq”u, “Leyptsiq” “Hoffenhaym”ı məğlub yola salıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Yunion” “Köln”lə ev oyununda inamlı qələbəyə sevinib. “Verder” – “Paderborn” matçında qonaqlar minimal hesabla üstün olublar.

Almaniya Bundesliqası, 14-cü tur

6 dekabr

Ayntraxt – Herta 2:2
Qol
: Hinteregger, 65. Rode, 86 – Lukebakio, 30. Qruyiç, 63.

7 dekabr

Auqsburq – Maynts 2:1
Qol
: Rixter, 41. Nyederlexner, 65-pen – L.Öztunalı, 15.

Borussiya M – Bavariya 2:1
Qol
: Bensebaini, 60; 90+2-pen – Perişiç, 49.

Borussiya D – Fortuna 5:0
Qol
: Roys, 42; 69. Hazard, 58. Sanço, 63; 74.

Frayburq – Volfsburq 1:0
Qol
: Şmid, 85.

Leyptsiq – Hoffenhaym 3:1
Qol
: Verner, 11; 52-pen. Sabitzer, 83 – Biçakçiç, 89.

Bayer – Şalke 2:1
Qol
: Alario, 15; 81 – Raman, 82.

8 dekabr

Yunion – Köln 2:0
Qol
: Andersson, 33; 50.

Verder – Paderborn 0:1
Qol: Miçel, 90+3.

Bombardir: Robert Levandovski (Bavariya) – 16 qol.