Müller “Bavariya”dan ayrılacaq? – Açıqlama

“Bavariya” klubunun idman direktoru Hasan Salihamiciç komandadan ayrılacağı iddia olunan Tomas Müller haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəsmisi, Müllerin komandada qalacağını deyib:

“Hazırda kimlərin komandadan ayrılacağı haqda düşünmürük. Bütün diqqətimizi komandanın sabit futbol oynamasına və qələbələr qazanmasına yönəltmişik.

Müller komandadan ayrılmayacaq. Bu, sizin yazdığınız romanlardandır. Müllerlə “Bavariya” arasında gözəl əlaqələr var. O, komandanın vacib bir hissəsidir və ayrılmayacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button