Kovaç Koutinyonun keçidindən danışdı: “Təkcə mən deyil…”

“Bavariya” klubunun baş məşqçisi Niko Kovaç, Filippe Koutinyonun Münhen təmsilçisinə keçidinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis, klubun saytına açıqlamasında braziliyalı yarımmüdafiəçinin transferi haqda bunları deyib:

“Təkcə mən deyil, “Bavariya” azarkeşlərinin, eləcə də bütün Almaniyanın bu keçidə şad olduğunu düşünürəm. Onun kimi bir futbolçunun Bundesliqada çıxış etməsi çox sevindiricidir”.

“Barselona”nın futbolçusu Koutinyo 2019/20 mövsümünü icarə əsasında “Bavariya”da keçirəcək.