
“Bavariya”nın futbolçularına koronavirus qadağası
“Bavariya” klubu son günlərdə sürətlə yayılan koronavirus epidemiyasına qarşı müəyyən tədbirlər görməyə başlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi futbolçularla azarkeşlərin münasibətinə məhdudiyyətlər qoyub.
Belə ki, “Bavariya”nın futbolçularına azarkeşlərə imzalanmış forma vermək və onlarla şəkil çəkdirmək qadağan olunub. Azarkeşlərdən də bu məsələ ilə bağlı anlayışlı olmaları istənilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



