“Borussiya”dan “Bavariya”ya – Rəsmi

“Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Borussiya”dan (Münhenqladbax) Mikael Kyuizansı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Fransanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvü olan Kyuizans, 2017-ci ildən “Borussiya”da çıxış edirdi.