Darmadağınla zirvəyə

Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda Düsseldorf “Fortuna”sı “Herta” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Lider “Bavariya” bu turda “Hoffenhaym”ı qəbul edib. Münhen təmsilçisi bu oyunda gözlənilməz məğlubiyyətlə üzləşib. Dortmund “Borussiya”sı isə “Frayburq” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Leyptsiq” səfərdə “Bayer”lə qarşılaşıb. Bu görüş də heç-heçə yekunlaşıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. Dörd qolun vurulduğu “Ayntraxt” – “Verder” matçında qalib müəyyənləşməyib. “Volfsburq” doğma meydanda “Yunion”u minimal hesabla üstələyib. Münhenqladbax “Borussiya”sı isə “Auqsburq”u darmadağın etməklə zirvəyə yüksəlib.

Almaniya Bundesliqası, 7-ci tur

4 oktyabr

Herta – Fortuna 3:1
Qol
: İbişeviç, 37. Dilrosun, 44. Darida, 62 – Henninqs, 32-pen.

5 oktyabr

Bayer – Leyptsiq 1:1
Qol
: Volland, 66 – Nkunku, 78.

Bavariya – Hoffenhaym 1:2
Qol
: Levandovski, 73 – Adamyan, 54; 79.

Frayburq – Borussiya D 2:2
Qol
: Valdşmidt, 55. Akanji, 89-öz qapısına – Vitsel, 20. Hakimi, 67.

Paderborn – Maynts 1:2
Qol
: Zolinski, 14 – Kayson, 8. Brosinski, 32-pen.

Şalke – Köln 1:1
Qol
: S.Serdar, 71 – Hektor, 90.

6 oktyabr

Borussiya M – Auqsburq 5:1
Qol
: Zakaria, 2. Herrmann, 8; 13. Plea, 39. Embolo, 83 – Nyederlexner, 80.

Volfsburq – Yunion 1:0
Qol
: Veqorst, 69.

Ayntraxt – Verder 2:2
Qol
: Rode, 55. Silva, 88 – Klaassen, 27. Raşiça, 90+1-pen.

Bombardir: Robert Lovandovski (Bavariya) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button