Hərəyə 1 qol, 1 xal

Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Verder” autsayder “Ştutqart”la üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Turun əksər qarşılaşmaları şənbə günü baş tutub. Liderlər qrupunda qərarlaşan Münhenqladbax “Borussiya”sı doğma meydanda “Volfsburq”a böyük hesabla uduzub. “Bavariya” isə “Herta” ilə ev oyununda minimal hesabla qalib gəlməklə zirvəyə şərik olub. “Frayburq” “Auqsburq”u, “Maynts” “Şalke”ni, “Fortuna” “Nürnberq”i məğlub yola salıb. “Verder” – “Ştutqart” görüşündə isə qalib müəyyənləşməyib.

Turnir cədvəlinin lideri “Borussiya” (Dortmund) öz meydanında “Bayer”i qəbul edib. Beş qolun qeydə alındığı matç liderin qələbəsiylə başa çatıb. Bazar gününün digər oyununda isə “Ayntraxt” səfərdə “Hannover”i darmadağın edib.

Son oyun günündə “Leyptsiq” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol vurmaqla heç-heçəyə razılaşıblar.

Almaniya Bundesliqası, 23-cü tur

22 fevral

Verder – Ştutqart 1:1
Qol: Klaassen, 45 – Zuber, 2.

23 fevral

Borussiya M – Volfsburq 0:3
Qol: Gerhardt, 38. Mehmedi, 68; 83.

Bavariya – Herta 1:0
Qol: X.Martines, 62.

Frayburq – Auqsburq 5:1
Qol: Petersen, 9; 43. Qrifo, 30. Valdşmidt, 64. Nyederlexner, 85 – Xedira, 52.

Maynts – Şalke 3:0
Qol: Onisivo, 18; 84. Mateta, 73.

Fortuna – Nürnberq 2:1
Qol: Everton, 62-öz qapısına. K.Ayhan, 83 – Loven, 41.

24 fevral

Hannover – Ayntraxt 0:3
Qol: Rebiç, 54. Yoviç, 63. Kostiç, 90.

Borussiya D – Bayer 3:2
Qol: Zaqadou, 30. Sanço, 38. Gotse, 60 – Volland, 37. Tah, 75.

25 fevral

Leyptsiq – Hoffenhaym 1:1

Qol: Orban, 89 – Kramariç, 22.

Bombardir: Luka Yoviç (Ayntraxt F) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button