“Ayntraxt”dan darmadağın, “Şalke”dən səfər qələbəsi

Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. 27-ci turun ilk oyununda “Hoffenhaym” “Bayer”lə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına üzülüblər.

Lider “Bavariya” bu tur səfərdə “Frayburq”la üz-üzə gəlib. Münhen klubu bu görüşdə xal itkisi ilə üzləşib. Bundan maksimum yararlanan Dortmund “Borussiya”sı “Volfsburq”u qəbul edib və son dəqiqələrdə vurduğu iki qol sayəsində vahid liderliyi ələ keçirib.

Üçüncü pillədə qərarlaşan “Leyptsiq” də “Herta” ilə ev oyununda 5 cavabsız qola sevinib.

Son oyun günündə iki görüş baş tutub. “Şalke” səfərdə “Hannover”i minimal hesabla məğlub edib. “Ayntraxt” isə doğma meydanda “Ştutqart”ı darmadağın edib.

Almaniya Bundesliqası, 27-ci tur

29 mart

Hoffenhaym – Bayer 4:1
Qol
: Belfodil, 10; 61. Bender, 51-öz qapısına. Kramariç, 79 – Volland, 17.

30 mart

Borussiya D – Volfsburq 2:0
Qol
: Alkaser, 90; 90+4.

Fortuna – Borussiya M 3:1
Qol
: Henninqs, 6; 16. Stoqer, 12 – Zakaria, 83.

Frayburq – Bavariya 1:1
Qol
: Holer, 3 – Levandovski, 22.

Nürnberq – Auqsburq 3:0
Qol
: İşak, 52. M.Pereyra, 88. Loven, 90.

Verder – Maynts 3:1
Qol
: Raşiça, 3. M.Krus, 36; 63 – Kayson, 52.

Leyptsiq – Herta 5:0
Qol
: Forsberq, 17. Poulsen, 27; 56; 62. Haydara, 64.

31 mart

Hannover – Şalke 0:1
Qol
: S.Serdar, 39.

Ayntraxt – Ştutqart 3:0
Qol
: Kostiç, 45; 64. Yoviç, 84.

Bombardir: Robert Levandovski (Bavariya) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button