“Ayntraxt” doğma meydanda uduzdu

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edib.

Lider “Bavariya” səfərdə “Leyptsiq”lə qarşılaşıb. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Amma lider bu oyundan xal itkisi ilə ayrılıb.

Dortmund “Borussiya”sı bundan maksimum yararlanaraq “Fortuna”nı (Düsseldorf) məğlub edib və liderlə xal fərqini azaldıb.

“Bayer” isə “Şalke”ni qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Tura “Ayntraxt” – “Maynts” matçı ilə yekun vurulub. Frankfurt təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb.

Almaniya Bundesliqası, 33-cü tur

11 may

Auqsburq – Herta 1:1
Qol
: Han, 10. Qreqortiç, 50-pen; 70 – Plattenhardt, 47. Qruyiç, 66. Kalu, 75; 90-pen.

Bayer – Şalke 1:1
Qol
: Haverts, 31 – Burqstaller, 47.

Borussiya D – Fortuna 3:2
Qol
: Pulişiç, 41. Delaney, 53. Qotse, 90 – Fink, 47. Kounaçki, 90.

Hannover – Frayburq 3:0
Qol
: Anton, 39. Bebu, 51. Uolas, 81.

Hoffenhaym – Verder 0:1
Qol
: Eggeştayn, 39.

Nürnberq – Borussiya M 0:4
Qol
: Drmiç, 56. Muhl, 63-öz qapısına. Hazard, 65. Zakariya, 80.

Leyptsiq – Bavariya 0:0

Ştutqart – Volfsburq 3:0
Qol
: Q.Kastro, 45. Donis, 55. Didavi, 83.

12 may

Ayntraxt – Maynts 0:2
Qol
: Ujah, 53; 57.

Bombardir: Robert Levandovski (Bavariya) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button