“Barselona” “Liverpul”a 5 milyon avro ödəyəcək – “Bavariya” ÇL-i qazansa

“Bavariya” bu mövsüm Çempionlar Liqasını qazansa, “Barselona” klubu İngiltərə “Liverpul”una 5 milyon avro ödəyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Belə ki, 2018-ci ildə Filippe Koutinyo “Liverpul”dan “Barselona”ya keçərkən tərəflər arasında belə bir razılaşma olub ki, braziliyalı futbolçu Çempionlar Liqasını qazansa, “Liverpul”a 5 milyon avro ödəniləcək.

“Bavariya” Çempionlar Liqasının 1/4 finalında “Barselona”nı 8:2 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. Münhenlilərin bu mərhələdəki rəqibi “Mançester Siti” – “Lion” matçının qalibi olacaq.

Koutinyo 2019-cu ilin yayından icarə əsasında “Bavariya”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button