Noyer “400”-lə 3-cü sırada

“Bavariya” Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində səfərdə Dortmund “Borussiya”sına qalib gəlib – 1:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Bavariya”nın qapıçısı Manuel Noyer üçün əlamətdar olub. Belə ki, “Borussiya” ilə görüş 34 yaşlı qapıçının Bundesliqadakı 400-cü matçı olub.

Noyerdən başqa, Almaniya Bundesliqasında hazırda karyerasını davam etdirənlər arasında 400 və daha çox oyun keçirən sadəcə iki futbolçu var. Bunlar “Verder”dən Klaudio Pisarro (487) və “Yunion”dan Kristian Gentnerdir (402).