“Bavariya”nın tarixində 10-cu futbolçu

“Bavariya” Almaniya Bundesliqasının 10-cu turunda “Ayntraxt”a məğlub olub – 1:5.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Belə ki, Frankfurt təmsilçisi ilə görüş Müllerin “Bavariya”da 500-cü oyunu olub. O, oyun sayına görə keçmiş komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Müller “Bavariya”nın klub tarixində ən çox matç keçirən 10-cu futbolçu olub.

“Bavariya”nın yetirməsi olan 30 yaşlı hücumçunun müqaviləsi 2021-ci ilə qədərdir.