“Bastoninin bacarıqları “Barselona”ya uyğundur”

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Leonardo Bonuççi, “İnter”in müdafiəçisi Alessandro Bastoninin “Barselona” üçün uyğun oyunçu olduğunu bildirib.

Komanda.az “sportmediaset”-ə istinadən xəbər verir ki, o, son vaxtlar adı “Barselona” ilə hallanan Bastoninin oyun keyfiyyətlərinin Kataloniya klubunun üslubuna tam cavab verdiyini deyib:

“Bastoninin bacarıqları “Barselona”ya uyğundur. O, texnikalı futbolçudur və meydanı çox yaxşı görür. Onun yüksək səviyyədə oynamaq üçün qarşısında hələ altı-yeddi ili var”.

Bastoni 2017-ci ilin avqustundan “İnter”in formasını geyinir. 27 yaşlı müdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button