Basketbol üzrə Azərbaycan çempionatının başlama vaxtı açıqlandı

Sonuncu dəfə 2019-cu ildə keçirilən və pandemiya səbəbindən erkən tamamlanan basketbol üzrə Azərbaycan çempionatı yenidən bərpa olunur.

Azərbaycan Basketbol Federasiyasından Komanda.az-a verilən məlumata görə, oktyabrın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının açılış mərasimi baş tutacaq.

Açılış oyununda “Sərhədçi” PİK və “NTD BK” komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 18.30-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Birinci turun digər görüşləri 15 oktyabr tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button