Basketbol: Azərbaycan çempionatının başlayacağı vaxt bəlli olub

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək.

Komanda.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bunlar “Sabah”, NTD-İNDİQO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” kollektivləridir.

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Bu “altılıq”da ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Azərbaycan Basketbol Liqasının oyunları “Sərhədçi” İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən olimpiya idman komplekslərində də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button