Basketbol: “Abşeron Lions” yarımfinala yüksəlib

“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda “Şəki”ni məğlub etməklə nail olub.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə “Abşeron Lions” üstün olub – 109:78.

Günün ikinci matçında “Sabah” “Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. “Sabah” birinci dueldən qalib ayrılıb – 106:74.

Ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun – 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun – 94:97) hesabı ilə məğlub edib. Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button