“Qələbəni onun ailəsinə həsr etmək istəyirdik, amma olmadı” – Emeri

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri La Liqanın son turunda “Barselona”ya 0:3 hesabı ilə məğlub olduqları oyundan danışıb və klubun keçmiş vitse-prezidenti Xose Manuel Llanesin ölümü ilə bağlı fikirlərini bölüşüb

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, başlarını dik tutaraq, oyunu bitirdiklərini deyib:

“Mən Xose Manuelin xatirəsini yaşatmaq istəyirəm, çünki o, bizim futbol layihəmizə illər əvvəl başlamışdı. Qələbəni onun ailəsinə həsr etmək istəyirdik, amma olmadı. Oyun bitdi və indi diqqətimizi bazar günü “Almeriya” ilə matça yönəltməliyik.

“Barselona”nın təhlükəli olduğunu bilirdik. Onlar daha səmərəli olduqlarını sübut etdilər. Bilirdik ki, 0:1 hesabı ilə davam etməliyik, çünki onlar ikinci qol vursalar, daha çətin olacaq. Edə bilmədik, amma başımızı dik tutaraq, oyunu bitirdik. Bilirdik ki, onlar “Real”a uduzduqdan sonra bu oyun üçün hər şeylərini verəcəklər”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button