“Başakşəhər”dən “Vesterlo”ya

Türkiyə çempionu “Başakşəhər” hücumçusu Atabey Çiçek ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı futbolçunu Belçikanın “Vesterlo” klubuna icarəyə verib.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Atabeyin bir illik “Vesterlo”da icarədə oynayacağını diqqətə çatdıran “Başakşəhər”, futbolçuya yeni klubunda uğurlar arzulayıb.

2017-ci ildən “Başakşəhər”də olan Çiçek, karyerası ərzində “Gənclərbirliyi”, “Boluspor”, “Hacettepe”, “Bandırmaspor”, “Adana Dəmirspor”, “Ümraniyəspor” və “Samsunspor”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button