“Başa düşürəm ki, millidəki vaxtım başa çatır” – De Bruyne

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin de Bruyne yığma karyerasını bitirə biləcəyini deyib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, belçikalı futbolçu Qətərdə keçiriləcək dünya çempionatından sonra millidəki karyerası haqda düşünəcəyini bildirib:

“İndi 31 yaşım var, 35 yaşa gələndə nə olacağını bilmirəm. Üçüncü dünya çempionatında iştirak edəcəm. Mən başa düşürəm ki, millidəki vaxtım başa çatır”.

Bu mövsüm Kevin de Bruyne Belçika millisinin heyətində 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button