Baş məşqçiliyə başlayan Teves – “Konte mənim idealımdır”

“Rosario Sentral”ın yeni baş məşqçisi Karlos Teves kimin ona örnək olması sualını cavablandırıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu, Aleks Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted”lə Çempionlar Liqasını qazanmasına, “Yuventus”la Massimiliano Alleqri ilə çoxlu uğurlara imza atmasına və “Mançester Siti”də Roberto Mançininin rəhbərliyi altında oynamasına baxmayaraq, seçimini başqa mütəxəssisin üzərinə edib:

“Antonio Konte mənim idealımdır. O, mənə “Yuventus”da çox şey öyrətdi. Çalışacam ki, komandam az da olsa, onun komandası kimi oynasın”.

İyun ayının əvvəlində Teves futboldan getdiyini açıqlamışdı. Dünən o, Argentinanın yüksək divizionunda çıxış edən “Rosario Sentral” komandasının baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin