“Barselona”ya qol vurub, Messiyə şərik oldu

“Atletik” İspaniya La Liqasının ilk turunda “Barselona”nı məğlub edib – 1:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada komandasına qələbə qazandıran qolu vuran Aris Aduris, yeni uğura imza atıb. Belə ki, ispan hücumçu ardıcıl 15-ci mövsümdür ki, La Liqada qol vurmağı bacarır.

Aduris, bu göstəricidə “Barselona”nın futbolçusu Lionel Messiyə çatıb. Argentinalı hücumçu da son 15 mövsümdür ki, yerli çempionatda qol vurmağı bacarır. Messi növbəti turlarda fərqlənsə, bu göstəricini 16 mövsümə çıxaracaq və vahid rekordçu olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button