“Barselona”ya qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm” – Xavi

Hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran “Barselona”nın keçmiş futbolçusu Xavi açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis, Kataloniya klubunda çalışmaq istədiyini bildirib:

“Barselona”ya qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm. Bir neçə il əvvəl bunun üçün tez olduğunu düşünürdüm, amma hazırda bir məşqçi kimi futbolçulara fayda verə biləcəyimi düşünürəm. Ancaq klub nümayəndələrinə sıfırdan bir layihə yaratmaq və qərarları özüm vermək istədiyimi bildirmişəm. Hansısa problem yoxdur, geri çəkilmirəm. Əmin olduğum, mənə sadiq insanlarla çalışmaq istəyirəm. Klub daxilində ünsiyyətdə olmalı, müzakirələr etməliyik, amma yenə də, son söz mənə aid olmalıdır”.

Ernesto Valverdenin komandadan ayrılmasından sonra “Barselona”nın “sükanı arxasına” Xavinin keçəcəyi deyilsə də, o, Kataloniya klubunun təklifindən imtina etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button