Maaşından imtina edə bilər – “Barselona”ya keçmək üçün

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yayda “Barselona”ya keçmək üçün maaşından imtina edə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” növbəti transfer pəncərəsində İngiltərə klubu ilə razılaşma əldə edə biləcəklərinə inanır.

Silvanın müqaviləsində sərbəst qalma bəndi 60 milyon avro olsa da, “Mançester Siti” endirim edə bilər. Futbolçunun özü “Barselona”ya keçmək istəyir, buna görə də, “şəhərlilər” portuqaliyalı futbolçunu satmaq variantını nəzərdən keçirə bilərlər.

Bernardo Silva İngiltərə Premyer Liqasının cari mövsümündə 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button