“Barselona”nın zədəlisi sağaldı

“Barselona”nın zədəli futbolçusu Osman Dembele sağalıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı oyunçu artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Dembele, “Barselona”nın baş məşqçisi Ernesto Valverdenin şans verəcəyi təqdirdə, La Liqanın 5-ci turunun “Qranada” ilə matçında iştirak edə bilər.

Sabah keçiriləcək “Qranada” – “Barselona” matçı saat 23:00-da start götürəcək.