Flikin “Barselona”da nə qədər qazanacağı bəlli olub

“Barselona”nın baş məşqçisi olacaq Hans-Diter Flik klubda vacib kuboklar qazanarsa, maaşına əlavələr ala bilər. 

Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ildə 3 milyon avro qazanacaq.

Bununla belə, Flik “Barselona” ilə Çempionlar Liqasını qazanarsa, bonus olaraq bir milyon avro alacaq. O, həmçinin, kataloniyalılarla İspaniya çempionluğunu qazanacağı təqdirdə, 750 min avro ala bilər.

Flik “Barselona”nın baş məşqçisi postunda Xavini əvəz edəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button