İnyesta La Liqanın səfiri oldu FOTO

“Barselona”nın və İspaniya millisinin sabiq üzvü Andres İnyesta La Liqanın səfiri olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda karyerasını Yaponiyanın “Vissel Kobe” klubunda davam etdirən yarımmüdafiəçi, La Liqanın prezidenti Xavyer Tebasın da iştirak etdiyi tədbirdə səfir elan olunub.

2002-2018-ci illər aralığında “Barselona” formasını geyinən İnyesta, 2018-ci ilin yayında “Vissel Kobe”yə keçib.