“Barselona”nın sabiq üzvü Belçika klubunda

“Barselona”nın sabiq üzvü Adriano Korreyanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu “Eupen” klubuna transfer olunub. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Adriano ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Eupen” Belçikanın Yupiler Liqasında mübarizə aparır.

2010-2016-cı illərdə “Barselona”nın formasını geyinən Adrianonun son klubu “Atletiko Paranaense” (Braziliya) olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button