Valdes “Barselona”ya qayıdır

“Barselona”nın sabiq futbolçusu Viktor Valdes yenidən Kataloniya klubuna qayıdacaq.

Komanda.az xəbər verir ki, Valdes klubun akademiyasında qapıçılarla iş üzrə məşqçi kimi çalışacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, 39 yaşlı keçmiş qapıçı ilə razılığın əldə olunduğu və təyinatın yaxın zamanda açıqlanacağı bildirilib.

Valdes 2002-2014-cü illər aralığında “Barselona”da oynayıb. O, 2019-cu ilin iyulundan oktyabrına kimi “Barselona”da U-19 komandasının baş məşqçisi kimi çalışıb. Valdes son olaraq İspaniyanın “Horta” komandasında baş məşqçilik edib. İspan mütəxəssis hazırda işsizdir.