Puyol “Barselona”nın təklifini rədd etdi

“Barselona”nın sabiq futbolçusu Karles Puyolun Kataloniya təmsilçisində idman direktoru olacağı iddia edilirdi.

Komanda.az xəbər verir ki, bu məsələ ilə bağlı keçmiş müdafiəçi rəsmi “tvitter” hesabında paylaşım edib. O, “Barselona”dan bununla bağlı təklif gəldiyini, ancaq qəbul etmədiyini bildirib:

“Son həftələrdə “Barselona”da idman direktoru olacağımla bağlı xəbərlər yayılıb. “Barselona” bununla bağlı mənə təklifini etmişdi, ancaq bu təklifi qəbul etməmək qərarına gəlmişəm.

Bu, çətin qərar idi. Hər zaman “Barselona”ya qayıtmaq istəmişəm. Çünki ora mənim evimdir. Ancaq indi iştirak etdiyim müxtəlif layihələr var. “Barselona”ya getsəydim, diqqətimi bu işə verə bilməyəcəkdim.

Belə ciddi və məsuliyyətli bir işi mənə təklif edən “Barselona” rəhbərliyinə təşəkkür edirəm”.

Puyol futbolçu karyerası ərzində yalnız “Barselona”da çıxış edib. O, 1994-2014-cü illər aralığında Kataloniya təmsilçisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button