Puyol “Barselona”ya qayıdır

“Barselona”nın sabiq futbolçusu Karles Puyol Kataloniya klubuna qayıdır.

Komanda.az xəbər verir ki, bu barədə ispan jurnalist Oriol Domenek TV3 kanalına açıqlamasında deyib. O, “Barselona”nın keçmiş kapitanının klubda idman məsələlərinə toxunmayacağını bildirib. Puyol, həyat yoldaşı ilə birlikdə “Barselona”da klub fondunda sosial layihələrlə məşğul olacaq.

Puyol futbolçu karyerası ərzində yalnız “Barselona”da çıxış edib. O, 1994-2014-cü illər aralığında Kataloniya təmsilçisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button