
Kunde üçün əlamətdar oyun
“Barselona” La Liqanın 19-cu turunda öz meydanında “Atletiko”nu 3:1 hesabı ilə məğlub edib.
Bu qələbə kataloniyalılar üçün əlamətdar olub. Belə ki, müdafiəçi Jül Kunde komandada 160-cı oyununu keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu göstərici ilə “Barselona”da oynamış həmyerliləri arasında üçüncü pilləyə yüksəlib. Onun qarşısında yalnız iki oyunçu var: Erik Abidal (karyerasını bitirib, 193 oyun) və Osman Dembele (PSJ, 185 oyun).
Kunde 2022-ci ildə “Sevilya”dan “Barselona”ya transfer olunub və bu müddətdə əsas heyətin vacib üzvlərindən birinə çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



