“Messi “Barselona”da oynamağa davam etmək istəyir” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta klubla hələ müqavilə imzalamayan Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, danışıqların müsbət yöndə irəlilədiyini deyib:

“İşlər yaxşı gedir, ancaq bəzi məsələlər hələ həll olunmayıb. Hamımız Messinin La Liqada qalmasını istəyirik. O da burda qalmaq istəyir. İmkan daxilində hər şey edəcəyik. Messi “Barselona”da oynamağa davam etmək istəyir”.

İspaniya mətbuatı “Barselona”nın Messi ilə 5 illik razılaşma əldə etdiyini iddia edir.